Gürcüstan

Kobaxidze azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

21 Mart 2025 15:41
Baxış: 529
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Baş naziri İrakli Kobaxidze azərbaycanlı soydaşlarımızı və dünya azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Baş nazir Azərbaycan vətəndaşlarına müraciət edərək, onlara sülh və firavanlıq arzulayıb.

Hökumət başçısı deyib: "Novruz bayramı yenilənmə, xeyirxahlıq bayramıdır. Biz xristianlarla müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayış, dostluq münasibəti ilə fəxr edirik. Bu, həqiqətən də qürurverici bir münasibətdir, dostluqdur. Uzun illərdir ki, biz birgə ölkəmizin gələcəyini yaradırıq. Bu tarix bu gün də davam edir və bu gözəl ənənədir ki, biz Novruz bayramını bizim uşaqlara, gələcək nəsillərə ötürməliyik. Sizə ən xoş arzular, sülh və firavanlıq arzulayıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.