Gürcüstan

Qonşu ölkədə koronavirusa qarşı dərman hazırlanıb: Nəticələr müsbətdir - FOTO

26 Yanvar 2022 14:50
0 Şərh     Baxış: 1 092
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan Səhiyyə Nazirliyinin tibbi onkologiya və klinik genetika üzrə eksperti Aleksandr Tavartkiladze koronavirusa qarşı dərman ixtira edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sözügedən dərman artıq ölkə klinikalarında COVID-19-a yoluxmuşlarda istifadə olunur.

"Soulager" adlanan dərman bioloji aktiv əlavədir. O, Gürcüstanın tibbi təlimatlarına 30 noyabr 2021-ci ildə daxil edilib, lakin hələ də apteklərdə satılmır.

Dərman 18 yaşdan yuxarı, saturasiyası 90%-dən az olan xəstələrə koronavirusun ilk simptomları aşkar ediləndən yeddi gündən çox keçmədiyi halda təyin edilir.

Müəlicənin tətbiq edildiyi 19 xəstədən 7-si altı-yeddi gün sonra, 3-ü isə on gün sonra evə buraxılıb. Yeddi gün sonra evə buraxılan xəstənin 87 yaşı olub.

Heç bir halda xəstənin vəziyyətinin pisləşməsi və ya reanimasiya şöbəsinə köçürülməsi, hətta ölüm halı olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.