Eurovision

Məşhur türk müğənnisi - "Samirənin performansını çox bəyənirik”

21 May 2021 18:04
Baxış: 1 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni Demet Akalın Azərbaycanın bu ilki "Avroviziya" mahnısına münasibət bildirib.

Milli. Az yenisabah.az-a istinadən xəbər verir ki, o, maraqlı açıqlaması ilə gündəmə gəlib. Sənətçi aparıcısı olduğu "Demet ve Alişan ile Sabah Sabah" proqramda "Avroviziya" təmsilçimiz Samirə Əfəndini dəstəklədiyini bildirib:

"Türkiyə Avroviziyada iştirak edə bilmir. Amma ürəyimiz Azərbaycanladır. Hazırda ilk sıralardadılar, yüksəlirlər. Samirə Əfəndinin performansını çox bəyənirik".

Qeyd edək ki, ölkəmizi "Avroviziya -2021" mahnı müsabiqəsinin finalında "Mata Hari" mahnısı ilə Samirə Əfəndi təmsil edəcək. Mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Birinci yarımfinal mayın 18-də təşkil olunub və Samira Əfəndinin ifası finala vəsiqə qazanıb.

Xatırladaq ki, sayca 65-ci olan "Avroviziya" Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory