Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, komitə sədri Bəxtiyar Əliyev millət vəkillərinə məlumat verərək bildirdi gündəliyə 3 məsələ təqdim olunub.
Onlayn iclasda əvvəlcə "Polis haqqında", "Avtomobil yolları haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Dövlət qulluğu haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Psixiatriya yardımı haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Gənclər siyasəti haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" və "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirə edildi.
Sonra komitənin onlayn iclasında "Onkoloji yardım haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Atçılıq haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Sığorta fəaliyyəti haqqında", "Könüllü fəaliyyət haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında" və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, eləcə də "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "İcbarı sığortalar haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqlnda", "Sosial xidmət haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Mədəniyyət haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə sənədə baxıldı.
Bəxtiyar Əliyev bildirdi ki, bugünkü gündəliyə daxil edilən hər 3 məsələ ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. Qanun layihələri "Əlilliyi olan şəxslərin hüquqları" haqqında 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Sözügedən sənədlərə təklif edilən dəyişikliklər əlilliyi olan şəxslərin reabilitasiyası, tibbi, təhsil, peşə-əmək, psixoloji-pedaqoji problemlərinin həlli ilə bağlı hüquqi tənzimləmə məqsədi ilə aparılıb.
Komitə üzvləri İsa Həbibbəyli, Musa Qasımlı, Anar İsgəndərov, Eldar Quliyev, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Şahin Seyidzadə onlayn iclasda çıxış edərək sənədlərlə bağlı fikirlərini bildiriblər.
İclasın sonunda hər 3 qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Həsən Osmanov vəfat etdi
-
İndoneziyada İslamın təməlini qoyan azərbaycanlı alim - (Video)
-
Tanınmış akademik vəfat etdi
XƏBƏR LENTİ
-
Əhmədlinin sirli binası: 26 ildir heç kim yaşamır
-
Qara dənizdə dronla vurulan gəmi ilə bağlı "PALMALI"dən açıqlama
-
Oqtay Kamil Samirəni görüb yıxıldı - (Video)
-
Zidan Fransa millisində tarixə düşdü
-
Azərbaycanda sanatoriyada meyit tapıldı
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
-
Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya
-
Hidayət Heydərov dünya çempionatında növbəti qələbəsini qazandı
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb





