Elm

Universitetlərin boş qalan yerlərinə ixtisas seçimi bu tarixdə APARILACAQ

31 Avqust 2023 07:15
Baxış: 3 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftə sonunadək "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaq.

Milli.Az saytı xəbər verir ki, DİM bu barədə məlumat yayıb.

Bildirilib ki, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları sabah günün ikinci yarısı "Abituriyent" jurnalının 5-ci sayında dərc olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.