Magistraturaya qəbul qaydaları sadələşdirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları sadələşdirilib.
Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları"nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il 6 nömrəli Qərarına əsasən beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub. Əvvəllər bakalavrlar iki mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanda iştirak edirdilər.
Digər dəyişikliklərə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı (məntiq, informatika, xarici dil) nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından "məqbul" qiymət alan bakalavrlar ixtisas seçiminə buraxılırlar. Qeyd edək ki, bu ixtisaslara qəbul qaydalarında dəyişikliklər imtahanların məzmununa və mərhələlərin sayına təsir etməmişdir və əvvəlki qaydalarda da ixtisas magistraturasına və jurnalistika üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlər imtahanın birinci mərhələsini verdikdən sonra qabiliyyət imtahanında iştirak edirdilər.
Milli.Az
XƏBƏR LENTİ
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam





