Rus bölmələri bağlanacaq? - Təhsil eksperti nə təklif edir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanda rus bölmələrinin mövcudluğu və onların bağlanıb-bağlanmaması məsələsi təkcə dil və təhsil siyasəti ilə deyil, eyni zamanda milli kimlik, ictimai bərabərlik, dövlət dili institutunun nüfuzu və uzunmüddətli strateji məqsədlərlə birbaşa bağlıdır. Bu gün ölkədə ümumi təhsil müəssisələrinin təxminən 11 faizində tədris rus bölməsi üzrə həyata keçirilir və bu bölmədə təhsil alan şagirdlərin sayı 2025-ci ilə olan məlumata əsasən 90 min nəfərə yaxındır. Bu, təxminən ölkə üzrə şagird kontingentinin 4 faizini təşkil edir. Müxtəlif səbəblərlə valideynlər övladlarını rus bölməsinə yönləndirirlər: ailədə dil mühiti, yüksək nəticə ümidləri, bəzi məktəblərdə rus bölməsi üzrə dərs keçən müəllimlərin reputasiyası, qəbul imtahanlarında rus dili üzrə kvotalar və digər faktorlar.Lakin bu sistemin saxlanması ümumi təhsil mühitində bir sıra ciddi struktur və strateji problemlər yaradır".
Bu sözləri Milli.Az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, paralel iki tədris dilində təhsil sisteminin mövcudluğu ümumi proqram standartlarının parçalanmasına, müəllim hazırlığında kadr bölünməsinə, kurikulumda tədris materiallarının fərqli versiyalarına və nəticədə təhsil keyfiyyətində qeyri-bərabərliyə səbəb olur. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 5.2-ci maddəsində bildirilir ki, təhsil Azərbaycan Respublikasının dövlət dili əsasında təşkil edilir və yalnız zəruri hallarda digər dillərdə təhsil həyata keçirilə bilər. Lakin bu "zəruri hal" artıq sistemli və geniş yayılmış alternativ tədris formasına çevrilmişdir:
"Təhsil sistemində dil əsaslı paralel strukturlar yaratmaq pedaqoji baxımdan da məqbul sayılmır. İki ayrı dilə görə iki müxtəlif kurikulum, iki növ dərslik, iki istiqamətli müəllim hazırlığı və paralel imtahan mexanizmləri həm dövlət üçün əlavə maliyyə yükü yaradır, həm də vahid milli təhsil siyasətinin tətbiqini çətinləşdirir. Bunun nəticəsində rus bölməsində təhsil alan şagirdlər arasında Azərbaycan dili üzrə kompetensiya səviyyəsi əhəmiyyətli dərəcədə zəif qalır. 2024-cü ilin buraxılış imtahanlarında rus bölməsi üzrə şagirdlərin Azərbaycan dili fənni üzrə nəticələri ümumi göstəricidən 22 faiz aşağı olub. Bu isə onların ali təhsilə qəbul zamanı ciddi problem yaşamasına səbəb olur.
Digər tərəfdən, bu bölmənin saxlanılması cəmiyyətdə dil əsasında təbəqələşməni dərinləşdirir. Valideynlərin bir qismi bu bölməni prestijli sayır, digərləri isə öz övladlarının ana dilində təhsil almasına üstünlük verir. Bu baxımdan, təhsil sistemi vahid və bərabər imkanlar yaratmaq əvəzinə, sosial və dil əsaslı təbəqələr formalaşdırır. Bu isə dövlətin sosial ədalət və bərabərlik prinsiplərinə ziddir.
Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, sovet irsindən qurtulmuş bir çox ölkə bu istiqamətdə ciddi islahatlar həyata keçirib. Məsələn, Latviya, Estoniya və Litva kimi Baltik ölkələri rus bölmələrini mərhələli şəkildə ləğv edib, rus dilini xarici dil kimi tədris proqramına daxil ediblər. Qazaxıstan 2010-cu ildən başlayaraq rus bölmələrini tədricən ixtisara salıb və hazırda rus dili yalnız ikinci dil kimi tədris olunur. Bu ölkələrdə təhsildə unifikasiya və dövlət dili institutunun gücləndirilməsi nəticəsində milli identitet daha da möhkəmlənib, pedaqoji resurslar daha səmərəli istifadə olunub və təhsil nəticələrində dil əsasında yaranan uçurumlar aradan qalxıb".
Ekspert qeyd edib ki, müsbət tərəf ondan ibarətdir ki, rus bölmələrinin tam bağlanması əvəzinə, onların mərhələli transformasiyası mümkündür. Bu zaman rus dili yalnız xarici dil kimi saxlanılmalı, bu istiqamətdə müəllim hazırlığı gücləndirilməli, müasir metodlarla tədris üçün proqram və dərsliklər yenilənməlidir. Rus dili həmçinin gələcəkdə beynəlxalq kommunikasiya və mədəniyyətlə əlaqə vasitəsi kimi qorunub saxlanıla bilər, lakin dövlət təhsilinin əsas dili ilə rəqabət şəraitində yox, tamamlayıcı şəkildə. Hazırda isə rus bölmələrinin mövcudluğu bir çox hallarda Azərbaycan dili institutunun nüfuzuna və təhsil sistemində balanslı inkişaf prinsipinə ziddir:
"Əgər bu islahat həyata keçirilərsə, təhsil sistemində resursların daha səmərəli bölgüsü təmin olunacaq, vahid kurikulum əsaslı milli təhsil modeli formalaşacaq, dövlət dili üzərində kommunikativ birlik güclənəcək, ali təhsil və əmək bazarında bərabər imkanlar yaradılacaq. Eyni zamanda rus dili daha sistemli və funksional xarici dil statusunda saxlanılacaq. Nəticədə həm təhsilin keyfiyyəti yüksələcək, həm də milli təhsil ideologiyası daha effektiv şəkildə formalaşacaq. Mövcud vəziyyət dəyişməzsə, sistem daxilində paralel tədris modelləri daha dərin təbəqələşməyə, qeyri-bərabərliyə və təhsil siyasətində qeyri-sabitliyə səbəb olacaq. Bu isə dövlətin strateji inkişaf hədəflərinə uyğun deyil".
Qeyd edək ki, dünən Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər gəlib.
Aysel Əkbər
Milli.Az
XƏBƏR LENTİ
-
Bu qidalar prostat xərçəngi riskini artırır
-
Azərbaycanlı məşhurların makiyajsız görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Pəncərə kənarına yalnız bir səbət qoymaq bəs edir: Milçəklər evə girmədən qaçır
-
Lukaşenko onları “axmaq” adlandırdı - (Video)
-
Gökhan Özen ikinci dəfə evləndi - (Foto)
-
İsmayıllıda maşınlar suyun altında qaldı (Video)
-
Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı
-
Bakı sakini tikinti şirkəti tərəfindən evinə ziyan vurulduğunu iddia edir (Video)
-
Günün qoroskopu: Günün əsl ulduzu siz olacaqsınız
-
Nardaranda su nasosunda sıxılı qalan 4 yaşlı uşaq ölüb - Yenilənib
-
Alla Puqaçova bir çıxışı üçün 200 min manat tələb edir
-
Bakıda məktəb binasının icarə haqqı niyə ödənilmir? - Mülk sahibi ilə Təhsil İdarəsi arasında -mübahisə (Video)
-
İranda canlı yayımda mesaj oxuyan molla biabır oldu - (Video)
-
Kondisioneriniz işləyib soyutmursa, səbəb bu ola bilər: Mütəxəssislər xəbərdarlıq etdi
-
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” (Foto)
-
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
-
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı açıqlama
-
Ermənistan Prezident Administrasiyasına yeni rəhbər təyin olundu
-
Böyükşor gölü yaşıl rəngdə - Analiz aparılır - (Foto)
-
Qubada 4,9 ballıq zəlzələ oldu - FHN-dən açıqlama - Yenilənib
-
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
-
Süni intellekt gələcəyin peşələrini açıqladı: Bir çoxu hələ mövcud deyil
-
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
-
"Qarabağ"ın qapıçısı Koxalski ilə azyaşlı azarkeşlər arasında söz davası - (Video)





