Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tədqiqat sahəsində fərq yaratmaq istəyən beynəlxalq təcrübəli tədqiqatçı müəllimlər axtarır.
Milli.Az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, elmi dərəcə və elmi ada görə mövcud olan əmək haqqının 3 mislinə (3600-6120 azn) bərabər əməkhaqqı ilə ADNSU-da beynəlxalq səviyyəli akademik karyera imkanı əldə etmək olar.
Tələb olunan müvafiq sahələr: Riyaziyyat-Fizika elmləri, Yer elmləri, Mühəndislik və İnformasiya Texnologiyaları sahələri.
Tələblər:
Təhsil: THE/QS reytinqlərində ilk 300-də yer alan universitetlərdən birində doktorantura təhsili almaq;
İş təcrübəsi: ən az 2 il xarici ölkədə tədqiqat təcrübəsi;
Vacib kvalifikasiyalar:
• Son 5 ildə ixtisasa uyğun Q1-Q3 jurnallarında birinci və ya ikinci müəllif olmaqla 10 məqaləyə sahib olmaq;
• Son 5 ildə ixtisasa uyğun Q1 jurnallarında ən azı 2 məqaləyə sahib olmaq;
• Son 5 ildə özünə istinad xaric Scopus və ya WoS profil H indeksi 10 olmaq;
• Son 5 ildə ən az 3 ölkənin tədqiqatçıları ilə birgə məqalə dərc etmək;
• Son 5 ildə ən az 1 beynəlxalq tədqiqat qrantında (məsələn, Horizon Eurpoe, NSF, ERC) iştirakçı olmaqdır. /Axar.az
Milli.Az