Təhsil

"Ali təhsil diplomu ilə əmək bazarının tələbləri arasında uçurum var" - Ekspert

20 May 2025 16:28
Baxış: 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ali təhsil yalnız diplom almaq üçün deyil, insan kapitalı formalaşdırmaq, iqtisadiyyatı gücləndirmək və gələcəyi inşa etmək üçündür.

Milli.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, təhsilin keyfiyyəti, məzunun bilik və bacarığı əmək bazarında rəqabət gücü deməkdir:

"Amma bu gün ali təhsil diplomu ilə əmək bazarının tələbləri arasında dərin uçurum var. Məzunlar işsiz, işəgötürənlər kadr axtarır. Problem təhsilin özündədir: dəyişməyən proqramlar, praktikasız nəzəriyyə, menecmentsiz idarəetmə. Keyfiyyət anlayışı yalnız kağız üzərində deyil, real idarəetmə mədəniyyəti, vicdan və sosial məsuliyyətlə qurulmalıdır". 

Ekspertin sözlərinə görə, təhsil yalnız bilik ötürmək deyil, gələcəyi planlaşdırmaqdır. Əgər ali məktəblər bu gün də 20 il əvvəlki yanaşma ilə idarə olunursa, biz XXI əsrin deyil, keçmişin universitetlərini yaşadırıq. Təhsil strategiya tələb edir, forma yox, məzmun dəyişməlidir. Əmək bazarına cavab verən, fərdi trayektoriyalara imkan yaradan, məsuliyyətli və şəffaf təhsil sistemi qurulmalıdır. Ali təhsil sistemini köklü şəkildə dəyişmək zamanıdır. Çünki XXI əsrin gəncini XX əsrin sistemi ilə yetişdirmək, onu gələcək üçün yox, keçmiş üçün hazırlamaq deməkdir.

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.