Təhsil

ABŞ-də oxuyan azərbaycanlı tələbələrin sayı artıb

17 May 2025 12:55
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son dörd il ərzində ABŞ-də oxuyan azərbaycanlı tələbələrin sayı sabit şəkildə artmaqdadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara Bakıda keçirilən "EducationUSA" təhsil sərgisində çıxışı zamanı bildirib.

"Bizi o fakt sevindirir ki, ABŞ dünyanın hər tərəfindən tələbələr seçən ölkə olaraq qalmaqdadır. Ötən il 1,1 milyondan çox xarici tələbə Amerika universitetlərindən təhsil alıb. Onların arasında 1100 nəfər Azərbaycandan olub ki, bu da əvvəlki illə müqayisədə 25 faiz çoxdur. Bundan başqa, son dörd il ərzində ABŞ-də oxuyan azərbaycanlı tələbələrin sayı sabit şəkildə artmaqdadır", - deyə o bildirib.

Onun sözlərinə görə, son onillik ərzində Azərbaycandan olan 8 mindən çox tələbə ABŞ-də ali təhsil alıb, vətənlərinə geri dönərək, aldıqları bilikləri praktikada tətbiq edib.

"Düşünürəm ki, Amerika təhsilinin onlara verdiyi təcrübə və yaratdığı imkanların sayəsində onlar öz ölkələrinin gələcəyinin vacib bir hissəsinə çevrilirlər", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirliyi Amerika Beynəlxalq Təhsil Şurası ilə birgə ABŞ-da təhsil almağa maraq göstərən orta məktəb şagirdləri, tələbələr və onların valideynləri üçün "EducationUSA" məzunları sərgisini təşkil edib.

Tədbirdə 30-dan çox stend təqdim olunub; ABŞ universitetlərinin azərbaycanlı məzunları və səfirliyin nümayəndələri elmi və incəsənətdən tutmuş biznes və dövlət siyasətinə qədər müxtəlif sahələrdə ABŞ-da təhsil imkanları, eləcə də mübadilə proqramları barədə təcrübə və məlumatlarını bölüşürlər.

Sərgi tələbə və valideynlərə bakalavriat, magistratura və mübadilə proqramları da daxil olmaqla, ABŞ-da təhsil haqqında birbaşa məlumat əldə etmək imkanı yaradır. Səfirliyin konsulluq əməkdaşları da sərgidə iştirak edərək tələbə vizaları barədə məlumat verirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.