Təhsil

"Təhsili vatsap qruplarında valideynlər nüfuzdan salır" - Ekspert

1 Mart 2025 07:15
Baxış: 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycan təhsilindəki əsas problemlərdən biri məktəbdə müəllimin nüfuzunun zəifləməsidir. Araşdırmalar göstərir ki, bu nüfuz itkisinə ən çox valideynlər, xüsusilə analar səbəb olur. Vatsap qruplarındakı daimi intriqalar, müəllimə qarşı hörmətsizlik, dərs zamanı "kim nə aldı, kim nə qədər pul verdi" kimi mövzuların müzakirəsi və müəllimlərin işinə müdaxilələr bu gün Azərbaycan təhsilində ciddi problemlər yaradıb".
 
Milli.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, müəllim sinifdə yalnız dərs keçməli, şagirdlərin inkişafı və tərbiyəsi ilə məşğul olmalıdır. Lakin bu gün müəllimlər valideynlərin təzyiqləri və müdaxilələri altında fəaliyyət göstərir. Əsassız iddialar və şagirdin məsuliyyətsizliyini ört-basdır etmək cəhdləri təhsilin keyfiyyətini pisləşdirir. Müəllimin nüfuzunun zəifləməsi onun peşəkar fəaliyyətini və cəmiyyətdəki mövqeyini təhlükə altına alır.

"Hazırda şagirdlər müəllimə deyil, telefon mesajlarına, valideynlər isə sosial şəbəkələrdə yayılan şayiələrə əsaslanır. Təhsil sistemində ən böyük təhlükə müəllimi nüfuzdan salan və dərs prosesinə müdaxilə edən valideyn yanaşmasıdır. Analar məktəbdə müəllimi xidmətçi kimi qəbul edəndə təhsilin keyfiyyətinin aşağı düşməsi qaçılmaz olur. Azərbaycanda müəllimlər dərs keçməlidir, hesabat verməməlidir".

Aysel Əkbər
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.