Təhsil

Qiyabi təhsil geri qayıdır? - VİDEO

21 Oktyabr 2024 07:18
Baxış: 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnkişaf etmiş bir sıra ölkələrdə magistraturada qiyabi təhsil forması tətbiq edilsə də, ölkədə tədrisin bu forması həyata keçirilmir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, təhsil ekspertləri bildirirlər ki, Azərbaycanda magistratura pilləsi üzrə qiyabi təhsil formasının olmaması işləmək istəyən şəxslər üçün ciddi problemdir, çünki qiyabi təhsil almaqda daha çox işləyən şəxslər maraqlıdır. Magistratura səviyyəsində dərslərin gec saatlarda başlaması isə  bəzi təhsilalanların bu istəyinə mane olur

Təhsil eksperti Rizvan Fikrətoğlu onu da bildirib ki, hal-hazırda sadəcə magistraturada 1 ixtisas üzrə qiyabi təhsil forması həyata keçirilir. Digər ixtisasların da bu siyahıya əlavə edilməsi üçün tədris proqramlarında müəyyən dəyişikliklər edilməlidir

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə isə "Xəzər Xəbər"ə açıqlamasında qiyabi təhsilin tərəfdarı  olmadığını  bildirib. Qiyabi  təhsil vaxtı ilə mütəxəssis  çatışmadığı  dövrdə  həyata keçirilib. Onun uğurları ilə yanaşı uğursuz  məqamları da  çox olmuşdur. "Lakin distant formada magistraturaya qəbulun həyata keçirilməsi məqsədəuyğun hesab edilə bilər", -deyə Hikmət Əlizadə deyib.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.