Təhsil

Xankəndində 4 nömrəli məktəbdə ilk dərs günü - FOTOREPORTAJ

23 Sentyabr 2024 10:49
Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xankəndində 4 nömrəli məktəb şagirdlərin istifadəsinə verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, eləcə də məktəb kollektivi və valideynlər iştirak ediblər.

E.Əmrullayev sözügedən məktəbin uğurlarına, xoş sədalarına şahid olacağımızı vurğulayıb.

Digər qonaqlar da, öz növbəsində, məktəb kollektivini təbrik edib və onlara uğurlar arzulayıb. Daha sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub.

Qeyd edək ki, Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb 1-ci Qarabağ müharibəsi dövrünə qədər Xankəndində fəaliyyət göstərən və Azərbaycan dilində tədris aparan yeganə təhsil ocağı olub. Orta məktəb işğaldan sonra uzun illər Bakı şəhərində fəaliyyət göstərib. 36 ildən sonra orta məktəb doğma şəhərimiz Xankəndində fəaliyyətə başlayıb. Bu gün məktəbdə ilk zəng çalınır və şagirdlərin istifadəsinə verilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.