Təhsil

ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbul aldı

29 İyul 2024 17:46
Baxış: 2 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı tələbə ABŞ-nin məşhur universitetinə 420.000 dollarlıq təqaüdlə qəbul alıb. 

Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi paylaşım edib. 

Belə ki, BMU-nun Memarlıq və inşaat fakültəsinin builki məzunu Turqut Əfəndi bakalavr səviyyəsindən ABŞ-nin Luiziana Dövlət Universitetinə birbaşa doktoranturaya 420.000 dollarlıq tam təqaüdlə qəbul alıb.

Turqut Əfəndi, eyni zamanda elmi tədqiqatlara dərin maraq göstərib, səthi aktiv maddələr haqqında araşdırmalar apararaq 2 elmi məqaləsini beynəlxalq jurnallara təqdim edib. 

BMU məzunu, həmçinin "Breyn rinq", "Xəmsə", "Əlaçı" kimi bir çox intellektual verilişlərin qalibi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.