Təhsil

Magistraturaya qəbul olanların nəzərinə!

18 İyul 2024 15:12
Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Magistraturaya qəbul olmuş şəxslər iyulun 22-si saat 18:00 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) Milli.Az-a bildirilib ki, bunun üçün bakalavrlar göstərilən vaxtadək portal.edu.az platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 9-dan etibarən başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.