Bir neçə universitetin tələbə yataqxanası tikiləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2024-cü ilin sonunadək, yəni növbəti təhsil dövrləri üçün bir, ən yaxşı halda iki universitetin tələbə yataqxanasının tikintisinə başlanıla bilər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
"Daha bir neçə universitetlə danışıqlar aparılır, hətta razılıq ərəfəsindəyik. Bilirsiniz ki, 30 ildən artıq bir müddətdə keçmiş məcburi köçkünlər bir sıra tələbə yataqxanalarında məskunlaşmışdılar. Ölkə başçısının tapşırığı ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində məcburi köçkünlər öz ata-baba yurdlarına köçürülürlər.
Bu da bizə və özəl sektorun nümayəndələri ilə bu istiqamətdə danışıqlar aparılmasına şərait yaradır. Ötən həftə Gəncə Texnologiyalar Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti ilə danışıqlar aparılır. Bu proses, təbii ki, birtərəfli ola bilməz. Müəyyən şərtlər, tədbir proqramı olmalıdır.
Eyni zamanda, özəl sektor üçün də gəlirlilik, dayanıqlılıq olmalıdır. Bu prosesləri yoluna qoymaq müəyyən müddət alır. 2024-cü ildə Gəncə Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetində tələbə yataqxanalarının tikintisinə başlanıla bilər", - o qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
XƏBƏR LENTİ
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)





