Təhsil

Lisey və gimnaziyalara qəbulun nəticələri elan olundu

11 İyul 2024 15:46
Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-2025 tədris ili üzrə 34 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub.

Bu barədə Təhsil İnstitundan məlumat verilib.

Bildirilib ki, şagirdlər sy.edu.az platforması üzərindən yaradılmış "Şəxsi kabinet"lərinə daxil olaraq qəbul nəticələrini öyrənə bilərlər:

"Şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul olduqları təqdirdə, şəxsi kabinetlərinə daxil olaraq 18 iyul 12:00-a qədər qəbul olduqları müəssisəni təsdiqləməlidirlər. Qeyd olunan tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri şəxsi kabinetdən təsdiqlənmədiyi halda qəbul nəticəsi etibarsız hesab ediləcək. Lisey yaxud gimnaziyaya qəbul olan və valideyn modulundan təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək".

Qeyd edilib ki, qəbul imtahanında iştirak edən 29480 şagirddən 21694 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb. Seçimdə iştirak edən 17003 şagirddən 3731 nəfəri mərkəzi imtahanlı lisey və gimnaziyalara qəbul olunub.

Qəbul nəticələri ilə bağlı müraciətlər 16 iyul saat 12:00-a qədər ARTİ-nin rəsmi elektron ünvanına (office@arti.edu.az) edilə bilər.

Müvafiq keçidə daxil olmaqla keçid balları ilə tanış ola bilərsiniz:

Keçid balları

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.