Təhsil

Xocalının tabeliyinə iki məktəb verildi

23 May 2024 15:14
Baxış: 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların Siyahısı"nda dəyişikliklər edilib.

Milli.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar verib.

Qərara əsasən, "Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəb" sözləri "Xocalı rayonu Malıbəyli kənd tam orta məktəbi"; "Şuşa rayonu Quşçular kənd tam orta məktəb" sözləri isə "Xocalı rayonu Quşçular kənd tam orta məktəbi" sözləri ilə əvəz ediləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.