52 yaşında tələbə olan qadın - “Uşaqlıq arzum idi”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunan 52 yaşlı Sevda Hüseynzadə ilə bağlı xəbər sosial şəbəkələrdə maraqla qarşılanıb. O, əvvəllər də ali məktəbə qəbul imtahanında iştirak etsə də, ilk dəfə uğur qazana bilib.
Milli.Az bildirir ki, qafqazinfo-ya açıqlama verən S. Hüseynzadə deyib ki, uşaqlıqdan jurnalist olmaq istəyib: "Bu mənim ilk ali təhsilimdir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə ödənişli əsaslarla qiyabi qəbul olunmuşam.
Əvvəldən BDU-nun Jurnalistika fakültəsində oxumaq xəyalım idi. Amma məktəbi qurtardıqdan sonra ilk cəhdim uğursuzluqla nəticələndi. O zaman, 90-cı illərin əvvəlləri çətin dövr idi, insanlar təhsilə o qədər də önəm vermirdilər. Ailəm məni nişanladı. Sonra ailə qurdum, uşaqlarım oldu. O vaxt test üsulu çıxmışdı, istədim o üsulla yenidən imtahan verim. Amma uşaqlarım balaca idi, həyat yoldaşım icazə vermədi.
O arada şeirlər, kiçik məqalələr yazırdım. Düşündüm ki, təhsilim olmalıdır. Pandemiya dönəmində imtahan verdim. Lazım olan balı toplasam da, qabiliyyət imtahanından keçə bilmədim. Bu dəfə də bəxtimi sınamaq qərarına gəldim və bu il qabiliyyət imtahanını da uğurla verib BDU-nun tələbəsi oldum".
S. Hüseynzadə özü müstəqil hazırlaşdığını, repetitor yanına getmədiyini deyir: "245 bal toplamışdım. Ancaq özüm səhər-axşam imkanım olanda hazırlaşırdım. İmtahanda həyəcan da var idi. Uşaqların test təcrübəsi olur, məndə bu təcrübə də yox idi. Ona görə də bəzi suallarda zəif ola bilərəm.
Hazırda qızım da tələbədir, Memarlıq və İnşaat Universitetində təhsil alır. Oğlum da kibertəhlükəsizliklə bağlı kurs bitirib, xaricdə təhsil almaq üçün hazırlaşır. Mən Şəkidənəm, hazırda uşaqlarımın yanında Bakıda qalıram. Onlara evdə dəstək oluram. Fikrim var ki, qiyabi təhsil alaraq çalışım, universitetin təhsilhaqqını özüm ödəyim. İkinci məqsədim odur ki, təhsilimi bitirəndən sonra magistratura təhsili də alım. Öyrənməyin yaşı yoxdur.
Uşaqkən xəyal edirdim ki, diktorlar kimi ekranda olum, televiziya verilişləri aparım. Hazırda yolum açılıb. Ümidvaram ki, öhdəsindən gələrəm".
Milli.Az
XƏBƏR LENTİ
-
Ağsuda 30 hektarlıq ərazi yandı - Yanğına səbəb olan şəxs saxlanıldı
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
-
Bir gündə 34 cinayət açıldı - DİN-dən yeni məlumat
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"
-
Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?
-
Fərhad Gündoğdu saxlanıldı
-
Azərbaycan nefti 123 dollardan aşağı düşdü
-
UEFA Mbappeyə ağır cəza verdi
-
Türkiyə ərəb dünyasına liderlik edə bilərmi? - Əsas maneə açıqlandı
-
Hava ilə bağlı son məlumat
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
Bərdədə at arabasını avtomobil vurdu - Ölən var
-
"Qarabağ"ın legioneri millidə zədələndi
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
Millətlər Liqası: Fransa Belçika yığmasına qalib gəldi
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Paytaxtın 17 küçəsində tıxac var
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır





