"Buna görə mütləq cəzalar olmalıdır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar məktəblərdə bəzi müəllimlər və şagirdlər arasında problemlər yaşanır.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsildə aqressiya, şagird - müəllim münasibətləri cəmiyyətin durumuna mənfi təsir göstərir. Məktəbdə başlayan aqressiyanın yavaş-yavaş əhatə dairəsi genişlənir və bütün cəmiyyətə sirayət edir.
K.Əsədovun fikrincə, ibtidai və orta məktəblərdə, xüsusən də yuxarı siniflərdə şagird nizam-intizamına nəzarət və sağlam mənəvi mühitin yaradılması olduqca çətindir:
"Aydın məsələdir ki, bütün dünya bu problemdən əziyyət çəkir. Əksər ölkələrdə məktəbdə aqressiya ilə mübarizə üçün xüsusi proqramlar tərtib olunur, pedaqoji heyətə hərtərəfli təlim keçirilir, məktəblərdə psixoloq işi və sosial iş təşviq olunur. Azərbaycanda da bu mövzunu günü-gündən aktuallaşır. Nəzərə almaq lazımdır ki, heç bir direktor və ya müəllimin həddini aşaraq şagirdi şəxsi və ailə vəziyyətinə görə mühakimə etmək, alçaltmaq, köməkdən məhrum etmək və məktəbi meşə qanunları ilə idarə etmək hüququ ola bilməz. Belə bir məsələdə hüquqi bazanın zəif olması bəhanəsinin arxasında gizlənmək vicdansızlıqdan başqa bir şey deyil. Ümumiyyətlə, mən tərəfdarıyam ki, hər kəs öz vəzifə səlahiyyəti çərçivəsində nə isə etməyə çalışsın. Məktəbdə aqressiya məsələsində orta məktəb müəllimlərinin istisnasız hər birinin mənəvi və vəzifə öhdəlikləri var", - ekspert bildirib.
K.Əəsədov həmçinin vurğulayıb ki, bəzən idarə olunmayan şagirdi psixoloqa göndərmək qeyri-mümkün olur, çünki valideyn buna razılıq vermir. Belə vəziyyətdə isə sinifdəki normal uşaqlar da əziyyət çəkirlər və onlar problemli uşaqların girovuna çevrilirlər:
"Daxili intizam qaydaları şagirdlərin həyat və sağlamlığının təminatına, tədris prosesinin təhlükəsizliyinin təminatına, məktəbdə, hər bir şagirdin uğurlu təliminə köməklik edən, normal iş şəraitinin yaradılmasına, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsinə, davranış mədəniyyətin və ünsiyyət bacarıqlarının inkişafına istiqamətlənib.
Əgər normal tədris mühiti pozulursa, buna görə mütləq cəzalar olmalıdır. Mövcud fakt məktəbdə idarəetmənin normal olmadığını, şagirdlərlə işin düzgün qurulmadığını göstərir", - deyə ekspert qeyd edib.
Milli.Az
XƏBƏR LENTİ
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)





