İqtisadiyyat

Neft Fondunun AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb

4 Noyabr 2021 12:30
0 Şərh     Baxış: 1 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 4 612,1 milyon dollar olub.

ARDNF-dən Milli.Az-a verilən məlumata görə, 2001-ci ildən indiyə qədər Fondun AÇG yatağı üzrə əldə olunan ümumi gəlirləri 154,017 milyon dollar təşkil edib.

2007-ci ildən indiyə qədər ARDNF-nin "Şahdəniz" yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 4,129 milyon dollar olub.

Bu il Fondun "Şahdəniz" yatağı üzrə qaz və kondensatın satışından əldə olunan gəlirləri 461,921 milyon dollar, o cümlədən kondensat satışından əldə etdiyi gəlirlər isə 135, 235 milyon dollar olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.