İqtisadiyyat

Nazir azad edilmiş ərazilərdə kənd təsərrüfatının potensialından danışdı

24 Sentyabr 2021 11:23
Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə istiqamətində ardıcıl işlər görülür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə ağıllı kənd və ağıllı şəhər prinsiplərinə əsasən ciddi infrastruktur quruculuğu və smart konsepsiyasına cavab verən yenidənqurma işləri aparılır:

"Ağıllı kənd konsepsiyası 4-cü sənaye inqilabının nailiyyətləri əsasında yaradıldığı üçün yenidənqurma işlərinin əhəmiyyətini daha da artırır və kənd təsərrüfatının gələcək inkişafında hansı istiqamətlərin əsas götürülməsində mayak rolu oynayır.

Yeni texnoloji nailiyyətlərin tətbiqini isə yalnız peşəkar, müasir yanaşmalar əsasında təhsil almış, yeniliklərə sürətlə adaptasiya edə bilən, yeni bilik və bacarıqların əldə olunması üçün çalışan möhkəm kadr bazası ilə həyata keçirmək mümkün olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.