"Doing Business" hesabatlarında Azərbaycanla bağlı məlumatların saxtalaşdırılmasının arxasında kimlər dayanıb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya Bankı 2018 və 2020-ci illər üzrə hesabatların tərtibində saxtakarlıq faktlarının üzə çıxdığı "Doing Business" reytinqinin nəşrini dayandırıb. Dünya Bankının daxili auditində qeyd olunur ki, söhbət Çin, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Səudiyyə Ərəbistanından gedir. Qiymətləndirmə işləri zamanı məlum olub ki, Azərbaycanla bağlı məlumatlar süni şəkildə azaldılıb, ölkədə həyata keçirilən bəzi islahatlar isə hesabatda əksini tapmayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Doing Business"in son beş illik hesabatlarının qiymətləndirilməsi zamanı məlum olub.
Məlumatların saxtalaşdırılması ilə əlaqədar Dünya Bankı kənardan auditor şirkəti (WilmerHale) cəlb edib və son beş ilin qiymətləndirilməsi aparılıb. Nəticədə 2017 və 2019-cu illərdə nəşr olunmuş "Doing Business 2018" və "Doing Business 2020" hesabatlarında məlumatların dəyişdirilməsi ilə bağlı pozuntular aşkar edilib. Məlumatlardakı dəyişikliklər "Doing Business"in metodologiyasına uyğun olmayıb. Qeyd olunur ki, reytinqdə dəyişikliklər Dünya Bankının sabiq rəhbəri Cim Yon Kim, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva və reytinqin təsisçilərindən biri, Azərbaycana qarşı qərəzli münasibətdə xüsusilı mənfi rol oynamış Simeon Dyankovun təzyiqi altında edilib.
Eyni zamanda məlum olub ki, 2018-ci il üzrə "Doing Business" reytinqinin hazırlanması zamanı Dünya Bankının o zamankı baş direktoru Kristalina Georgiyeva Çinlə bağlı istifadə olunan məlumatlarda konkret dəyişikliklərin edilməsi üçün tərtibatçılara təzyiq göstərib.
Qiymətləndirmə işləri göstərib ki, əgər 2020-ci il üzrə hesabatda nəticələr saxtalaşdırılmasaydı Çin 7 pillə, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha ön reytinqdə qərarlaşacaqdı.
"WilmerHale" şirkətinin qiymətləndirmə işlərinin nəticəsi olaraq hazırlanmış hesabatda düzəlişlər edildikdən sonra Azərbaycanın göstəricisi 6 pillə artmaqla 34-dən 28-ci mövqeyə yüksəlib.
Dünya Bankı "Doing Business" nəşrinin dayandırılmasından sonra işgüzar və investisiya iqliminin qiymətləndirilməsi üçün yeni yanaşmalar üzərində işi planlaşdırdığını bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
-
Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
-
Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
-
Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
-
Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı





