“Vahid elektron lövhə” nəyə imkan verir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesə başlama, vergi və hesabatlılıq" İşçi Qrupunun 2021-ci ilin Fəaliyyət Planına əsasən, ƏDV sahəsində inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması üzrə nəzərdə tutulan tədbirlərdən biri də ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı olan "Vahid elektron lövhə"nin tətbiqidir.
Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi orqanları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə ödənilmiş artıq vəsaitlərin geri alınması prosesini özündə əks etdirən "Vahid elektron lövhə" Maliyyə Nazirliyi ilə birgə hazırlanaraq cari ilin iyul ayından vergi ödəyicilərinin istifadəsinə verilib.
Vergi Məcəlləsinin müddəalarına əsasən, əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda, vergiödəyicisinin müraciətinə əsasən, hesablanmış vergidən artıq olan məbləğ sahibkara qaytarılır. Vergi Məcəlləsinin 179.1-ci və 179.2-ci maddələri əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergi məbləğindən artıq olduğu halda, büdcə ilə münasibətləri müəyyənləşdirir.
Hesabat dövründə həm 18 faizlə, həm də sıfır dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar aparan, bu zaman vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcə ilə vergiyə cəlb edilən vergiödəyicisinə, əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır.
Digər vergiödəyiciləri üçün əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergiödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.
Hazırda vergiödəyiciləri tərəfindən "Vahid elektron lövhə"dən istifadə etməklə artıq ödəmənin qaytarılması üçün 107 sayda müraciət daxil olub.
Bu platformanın bir sıra üstünlükləri var. Belə ki, artıq ödənilmiş məbləğin geri alınması üçün ərizənin vergiödəyiciləri tərəfindən izlənməsi məlumatların əlçatanlığının təmin olunmasına xidmət edir. Vergiödəyicisi müraciəti ilə bağlı bütün mərhələləri izləyə, məbləğin geri qaytarılması prosesinə şəxsən nəzarət edə bilir.
Prosedurun sadələşdirilməsi vergiödəyicilərinin əlavə vaxt itkisinin azalmasına və yazışmaların minimuma endirilməsinə zəmin yaradacaq.
Vergiödəyiciləri artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı statistik məlumatları Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində cari ilin 4-cü rübündən etibarən izləyə biləcəklər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İsveçrədə ABŞ və İran arasında danışıqlar dayandırılıb - Yenilənib
-
Anadangəlmə yüksək intellektə malik 4 bürc
-
Akrobatlarımız Dünya kuboku seriyasının qalibləridir - (Foto)
-
Lökbatanda mikroavtobus yük maşınına çırpıldı - (Video)
-
Mürəbbə niyə günəş altında gözlədilir?
-
Bədii gimnastlarımız Dünya çempionatında (Foto)
-
Günay makiyajsız fotosunu paylaşdı
-
Tramp: Starmer istefa verəcək
-
Rəfail Mənsimzadə vəfat etdi - FOTO
-
Elgiz Əkbərin yeni işi
-
“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzalayıb
-
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - (Video)
-
Tramp İrana sərt xəbərdarlıq etdi: “Hizbullah dəstəyi dayandırılmalıdır”
-
Azərbaycan Xarici İşlər Nazirliyi üzrə diplomatik xidmət imtahanının birinci mərhələsi keçirildi
-
Abşeronda yol-nəqliyyat qaydalarını pozan 45 motosikletçi saxlanılıb
-
Günəşdə güclü enerji partlayışı baş verib
-
İçərişəhərdə El Calor en Baku Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyəti Həftəsinin möhtəşəm açılışı keçirilib - FOTO
-
Rusiyada göyərtəsində iki nəfər olan helikopterdən xəbər yoxdur
-
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
-
Ceyms Berrouz vəfat etdi
-
Abşeron çimərliklərində sabahkı hava açıqlandı
-
Mundialla vidalaşacaq üçüncü komanda müəyyənləşdi
-
Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsidir
-
“Krımdan hücumlar artıq effektiv deyil” - Ukrayna PUA komandanı





