İqtisadiyyat

Azərbaycan qazını Bolqarıstana daşıyacaq layihə çərçivəsində iki obyektin tikintisi başlayıb

11 Avqust 2021 19:48
0 Şərh     Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bolqarıstan ərazisində hazırda Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi çərçivəsində qazölçmə stansiyası və dispetçer məntəqəsinin tikintisi aparılır.

Bu barədə Milli.Az-a ICGB AD layihə şirkətindən bildiriblər.

Qeyd olunub ki, tikinti işləri stabil tempdə davam edir: "165 kilometrdən çox boru qaynaq edilib, onun 110 kilometri torpağa döşənib. Cədvələ uyğun olaraq qazıntı işləri və boruların basdırılması davam edir. Xəttin Maritsa çayının altı ilə uğurla keçirilməsindən sonra, Studen Kladenets bəndinin altında boru xəttinin çəkilməsi üçün hazırlıqlar aparılır. Layihənin podratçısı xətti infrastrukturun tikintisinin müqavilə ilə razılaşdırılmış vaxt çərçivəsində başa çatdırılacağını hesab edir".

Qeyd edək ki, IGB layihəsi "Şahdəniz 2" yatağından hasil olunan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Layihənin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə bu göstərici ildə 5 milyard kubmetrədək artırılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.