İqtisadiyyat

Liviyadan Azərbaycana bu məhsulların idxalı məhdudlaşdırıldı

27 İyul 2021 18:48
Baxış: 581
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Liviya Dövlətinin Əl Cifara, Zəviyyə, Benqazi və Əl Məric inzibati ərazi vahidlərində dabaq xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Liviya Dövlətinin Əl Cifara, Zəviyyə, Benqazi və Əl Məric inzibati ərazi vahidlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Liviya Dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.