Ələt Azad İqtisadi Zonasının gələn ildən fəaliyyətə başlayacağı gözlənilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ələt Azad İqtisadi Zonasının 2022-ci ilin iyul ayından fəaliyyətə başlayacağı gözlənilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanuna dəyişiklikləri təqdim edərkən deyib.
T.Mirkişili bildirib ki, qanun layihəsi Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb və özündə aşağıdakıları nəzərdə tutur:
- Azad Zona rezidentinin anlayışının dəqiqləşdirilməsi. Bununla da Azad Zona rezidenti sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərlə məhdudlaşdırılacaq;
- cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin (hazırda Ələt Azad Zonasında yalnız Azərbaycan Respublikasının cinayət qanunvericiliyi tətbiq edilir) Azad zonada tətbiq edilməsi;
- Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinin səmərəliyinin təmin edilməsi üçün hüquqlarının genişləndirilməsi (buraya öz adından hüquqlar əldə etmək, öhdəliklər götürmək, əmlak əldə etmək və ona dair sərəncam vermək hüquqları aiddir);
- Azad Zonada vergitutma məsələlərinin dəqiqləşdirilməsi (buraya vergidən azad olunan subyektlərin dairəsinin məhdudlaşdırılması, işçilərdən vergi tutmanı tənzimləmək üçün daxili qaydaların qəbul edilməsi, əsas iqtisadiyyatla vergi münasibətlərinin tənzimlənməsi, ödəmə mənbəyində verginin tutulmaması və sair aiddir);
- Azad Zonanın səlahiyyətli qurumuna, hüquq şəxslərinə əsas iqtisadiyyata aid şəxslər tərəfindən maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyi (Azad zonada mövcud olan tənzimləmə nəzərə alınmaqla) tətbiq ediləcək;
- Gömrük işi ilə bağlı dəyişikliklər Azad zonanın fəaliyyətə başlaması zamanı gömrük münasibətlərində yarana biləcək ziddiyyətlərin aradan qaldırılması məqsədi daşıyır. Bununla da Azad Zona səlahiyyətli qurumu, inzibati müəssisələri və hüquqi şəxsləri tərəfindən gətirilən və aparılan mallara, xidmətlərə, işlərə gömrük rəsmiləşdirilməsi (sənədləşdirmə) müqabilində yalnız gömrük yığımlarının tətbiqi nəzərdə tutulur. Eyni zamanda terminlərin dəqiqləşdirilməsi ("idxal" və "ixrac" terminlərinin "Azad Zonaya gətirilən" və "Azad Zonadan aparılan" sözləri ilə əvəz edilməsi)i həyata keçirilir;
- Azad Zonaya investisiya qoymaq və Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququ, habelə xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilir və yalnız Azad Zona hüquqi şəxsləri, onların investor və səhmdarları üçün saxlanılır (hazırda isə bu hüquqdan istifadə edilə biləcək şəxslərin dairəsi daha genişdir).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sotu bir milyon manat: Bakıda ən bahalı torpaq sahələrinin yerləşdiyi ərazilər
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
Qızıl almaq istəyənlərin diqqətinə!
-
Neftimiz ucuzlaşdı
-
Kriptovalyuta bazarında yüksəliş: "Bitcoin" 106 min dolları keçdi
-
Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə
XƏBƏR LENTİ
-
İmtahan kimi toy keçirəcəklər: Hamının telefonu yığılacaq
-
Tər çox güclü dərman imiş...
-
"Dərd anası olmuşam"
-
Yayın ən bahalı 10 transferi
-
Gilasın qurdlamaması üçün nə etməli?
-
Saçları məhv edən səhvlər
-
Atasının maşında unutduğu uşaq istidən ölüb
-
Tavada isgəndər kababı: Praktik və ləzzətli resept
-
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb açıqlandı
-
Günün qoroskopu: Səyahət etmək istəyiniz bugün artacaq
-
Sabah Yasamalda qaz kəsiləcək
-
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb
-
"İş adamı var saçını rəngləyir, saç əkdirir"
-
“Alo, mən sənin əsl ananam” - dələduzluğun yeni növü
-
XV Beynəlxalq İpək Yolu Festivalının təntənəli açılış mərasimi keçirildi - FOTO
-
FİFA-dan dünya çempionatı ilə bağlı radikal qərar
-
"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni (Videosu)
-
Ləman Ələşrəfqızının oğurlanan pulları qaytarıldı
-
Çayda batan Muradın (Fotosu)
-
Dəməşqdə partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb
-
İspaniya - Avstriya: Heyətlər
-
İlham Namiq Kamalın oğlu məzun oldu - (Foto)
-
Sotu bir milyon manat: Bakıda ən bahalı torpaq sahələrinin yerləşdiyi ərazilər
-
Sülh ölkələr və insanlar arasında körpülər qurmaqla mümkündür - Ursula fon der Lyayen (Video)





