İqtisadiyyat

Tədavülə 500 manatlıq pul nişanı buraxılıb? - Mərkəzi Bankdan açıqlama

22 Yanvar 2021 17:07
Baxış: 4 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son dövrlər sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və sair əks olunan 500 manatlıq "kağız pul nişanı"nın təsvirləri yayılıb. Qeyd edək ki, Konstitusiyanın və "Mərkəzi Bank haqqında" Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilir.

AMB-dən Milli.Az-a bildirilib ki, Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil. Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları Azərbaycan Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırırıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.