İqtisadiyyat

"Bahar" yatağında qaz hasilatı azalıb

4 Yanvar 2021 13:49
Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin noyabrında "Bahar" yatağında qaz hasilatı gündə orta hesabla 22,2 milyon kub fut olub ki, bu da 2020-ci ilin oktyabrı ilə müqayisədə gündə təxminən 0,5 milyon kub fut azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, məlumata əsasən, azalma B167 və B169 quyularındakı təbii azalma ilə əlaqədardır.

Qeyd edək ki, 2020-ci ilin üçüncü rübündə "Bahar" yatağında qaz hasilatı 0,6 milyon kub fut artaraq 19,4 milyon kub fut təşkil etmişdi.

Həmin dövrdə hasilat əsasən IX üfüqdə BH169 quyusunun uğurla yenidən qurulması hesabına artmışdı.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.