İqtisadiyyat

Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb

2 Dekabr 2020 17:14
Baxış: 877
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Serbiya-Macarıstan sərhədində 50 kilometr uzunluğunda boru kəmərinin tikintisi başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

Həmin boru kəməri "Cənub Qaz Dəhlizi"nə, Azərbaycan və Mərkəzi Asiya qazına və Yunanıstanın mayeləşdirilmiş təbii qazına çıxış imkanı yaradacaq.

Nazir bildirib ki, enerji ehtiyatlarının tədarükü hər zaman Mərkəzi Avropa üçün problemli olub və region ölkələri enerji ehtiyatlarının şaxələndirilməsində mühüm irəliləyişə nail ola biliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.