Bərpa olunan enerji ilə bağlı iclas keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Prezidentinin "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" 05 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın dördüncü iclası keçirilib.
Energetika Nazirliyindən Milli.Az-a bildirilib ki, Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda Komissiyanın üçüncü iclasından ötən dövr ərzində pilot layihələrin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib, "ACWA Power" şirkəti ilə imzalanacaq müqavilə layihələrinin yekun versiyaları təsdiq olunub.
İclası açan Pərviz Şahbazov komissiya üzvlərini Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbə münasibətilə təbrik edib, "ACWA Power" və "Masdar" şirkətləri ilə imzalanmış icra müqavilələri çərçivəsində həyata keçiriləcək külək və günəş enerjisi layihələrinin reallaşdırılması üçün torpaq sahələrinin ayrılması, şəbəkəyə qoşulma və enerjisistemə inteqrasiya, dövlət zəmanətlərinin verilməsi mexanizminin müəyyənləşdirilməsi, eləcə də digər istiqamətlər üzrə aidiyyəti qurumlarla birgə görülmüş işlər barədə məlumat verib.
Sonra hazırlanmış müqavilə layihələri barədə təqdimat dinlənilib. Qeyd olunub ki, "ACWA Power" şirkəti ilə imzalanması nəzərdə tutulan 6 müqavilə - İnvestisiya Müqaviləsi, Enerji Alqı-satqı Müqaviləsi, Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi, Torpaq İcarə Müqaviləsi, Müstəqil Mühəndis Müqaviləsi və Birbaşa Razılaşma Müqaviləsinin layihələri hazırlanıb və iki mərhələdə aidiyyəti qurumlardan rəy və təkliflər toplanaraq, təkmilləşdirilib və investorla razılaşdırılıb. Komissiya bu iclasda layihələri təsdiq etdikdən sonra onlar paraflanacaqdır. Eyni zamanda, "Masdar" şirkəti ilə müvafiq layihə sənədləri üzrə danışıqların son mərhələdə olduğu, yaxın gələcəkdə yekunlaşdırılacağı diqqətə çatdırılıb.
İclasda komissiya üzvləri çıxış edərək hazırlanmış sənədləri dəstəkləyiblər, səsləndirilmiş bir neçə təklif nəzərə alınmaqla müqavilə layihələri təsdiq olunub.
Videokonfransda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Mərkəzi Bankın, "Azərenerji" və"Azərişıq" ASC-lərin nümayəndələri iştirak edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək





