Bu il Azərbaycan 172 ölkə ilə ticarət əməliyyatları həyata keçirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 160 ölkədən idxal olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 13 milyard 777,6 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 7 milyard 876,8 milyon dollarını və ya 57,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 5 milyard 900,8 milyon dollarını (42,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 976,0 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 22,5 faiz, o cümlədən idxal 43,4 faiz, ixrac isə 7,1 faiz azalıb.
2020-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,6 faiz, real ifadədə isə 17,1 faiz azalaraq 1 milyard 35,1 milyon dollar təşkil edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ağdamda 30 yaşlı qadın qarışqa dərmanından zəhərləndi
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)





