İqtisadiyyat

Azərbaycan Ukraynanın Çernomorsk limanına investisiya yatıra bilər

25 Avqust 2020 17:34
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ildə Ukraynanın Çernomorsk limanında xarici investorlara gömrük güzəştləri təklif olunacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliy deyib.

Onun sözlərinə görə, güzəştlər çərçivəsində limanı tamamlayacaq 150 mln. qrivna (4,61 mln. avro) həcmində investisiyanın cəlb edilməsi planlaşdırılır.

"Cəlb olunacaq investisiya çərçivəsində yük maşınlar üçün yeni dayanacaq, sərnişinlər və sürücülər üçün terminal, xidmət stansiyası inşa olunacaq", - V. Krikliy qeyd edib.

Bildirilib ki, hazırda Azərbaycan, Bolqarıstan, Gürcüstan, Norveç və Türkiyədən olan potensial investorlar təqdim olunacaq güzəştlərdən yararlanmağa maraqlıdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.