İqtisadiyyat

Alternativ enerjinin alternativi yoxdur

25 May 2020 21:27
Baxış: 2 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəqin ki, hamı şimala doğru yollananda Xızı rayonuna girişdə, təpələr üzərində nəhəng qurğuları görüb. Onlar 2018-ci ilin oktyabrında istifadəyə verilmiş "Yeni Yaşma" Külək Enerjisi Parkıdır. Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisində yerləşən parkın gücü 50 MVt-dır. Almaniyanın "Berlin Wind" şirkətinin rekonstruksiya etdiyi 20 külək turbini ayda təxminən 9 milyon kVt/saat elektroenerji istehsal edir. Bunun nəticəsində ölkədəki ümumi elektroenerji istehsalında alternativ enerjinin payı 0,7 faizdən 1,8 faizədək yüksəlib.

Hazırda Xızıdakı külək enerjisi parkı Cənubi Qafqazda ən böyük parkdır. Və bu, son hədd deyil. Azərbaycan bundan sonra da alternativ energetikanın inkişaf etdirmək, ölkədəki elektroenerji istehsalında bərpa olunan mənbələrin payını artırmaq niyyətindədir.

Bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Enerji Təhlükəsizliyi" mövzusunda dəyirmi masada çıxış edərkən Prezident İlham Əliyev vurğulamışdı ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinə böyük diqqət ayrılır. Dövlət başçısının sözlərinə görə, planda 2030-cu ilədək elektroenergetikada bərpa olunan enerjinin payını 30 faizə çatdırmaq var.

Bu ilin yanvarındal ölkəmiz bərpa olunan enerji sahəsində ixtisaslaşmış aparıcı şirkətlərlə külək və Günəş enerjisi əsasınla işləyəcək 440 meqavatt gücündə stansiyaların inşasını nəzərdə tutan iki müqavilə imzalayıb. Dövlət başçısı qeyd edib ki, bu işlər bütünlüklə xarici investisiyalar hesabına həyata keçiriləcək. Sözügedən sahə ilə bağlı Azərbaycan ən azı 5 təklif alıb.

"Alternativ energetikanın rolundan danışırıqsa, tavtologiyaya görə üzr istəyirəm, onun alternativi yoxdur. Neft-qaz dövrünün koronavirus pandemiyasının daha da sürətləndirdiyi qürubu dönəmində yaşayırıq. Lakin Prezident İlham Əliyev bu prosesləri çox əvvəl gördüyündən Azərbaycanın iqtisadi siyasətində artıq illərdir ki, qeyri-neft sektorunun və alternativ energetikanın inkişafına ciddi diqqət verilir", - Day.Az əməkdaşı ilə söhbətində Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru, professor Rüfət Quliyev deyib.

İqtisadçının fikrincə, bərpa olunan enerji mənbələri praktikada da çox maraqlı mövzudur. Bu enerji mənbələri praktiki olaraq dünyanın bütün inkişaf etmiş ölkələrində istismar olunur. Dünya miqyasında isə belə istismar miqyası çox deyil. Energetikaya tam baxsaq, bərpa olunan enerji mənbələrinin payı maksimum 5-6 faizdir. Lakin bu göstərici ildən ilə artır.

"Alternativ energetika həm ekoloji problemlərin, həm də sivilizasiyanın ümumi problemlərinin həllidir. Alternativ energetikada mənbə qismində Günəş, külək, su, hətta temperatur fərqi çıxış edə bilər. Yəni variantlar çoxdur. Alternativ energetikanın tətbiqinin sürətləniməsi istiqamətində ən böyük maneə onun yüksək maya dəyəri, habelə belə enerjinin yığılması və saxlanması üçün çox güclü akkumulyatorların tələb olunmasıdır. Alternativ energetika yalnız bu baxımdan ənənəvi energetikaya uduzur. Lakin elm və tərəqqi yerində saymır. İnkişaf gedir və il keçdikcə görürük ki, alternativ energetikanın tətbiqi artır", - R. Quliyev söyləyib.

Hər ölkə öz variantıın seçir. Məsələn, Hollandiyada əsas diqqət külək enerjisinə verilir. İldə ən azı 270 günəşli günün olduğu ölkələrdə təbii ki, prioritet Günəş enerjisinədir. Bəzi ölkələrdə dalğaların qabarmalarından və çəkilmələrindən istifadə olunur. Son vaxtlarda kiçik dağ çaylarında tikilən elektrostansiyaların sayı artır. Belə stansiya çox enerji verməsə də, onun gücü kiçik yaşayış məntəqəsini elektroenerji ilə təmin etməyə bəs edir.

İqtisadçının sözlərinə görə, son illər alternativ energetika sahəsinə sərmayələr artıb, bu sahədə elmi tədqiqatların miqyası genişlənib. Azərbaycanda sözügedən sfera ilə maraqlanan əcnəbi investorların sayı artır. Avropada və ABŞ-ın bəzi ştatlarındakı təki alternativ energetika hazırda bizdə geniş yayılmasa da, ölkədə alternativ energetikanın inkişafı güclü potensiala malikdir.

"Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin ümumi iqtisadi potensialını ekspertlər 26900 meqavatt həcmində qiymətləndiriblər ki, burada 23 min meqavat Günəş enerjisi, 3 min meqavatt - külək enerjisi, 520 meqavatt - hidroenerji, 380 meqavatt isə bioenerjidir. Hidroenergetik resurslar da daxil olmaqla bərpa olunan enerji mənbələrinin payı ümumi ilkin enerji istehlakında hələlik 18 faizdir. Lakin 2030-cu ildə bu göstəricini 30 faizədək artırmaq nəzərdə tutulub", - Rüfət Quliyev söylədi.

Sonucda neyd edək ki, alternativ energetika sahəsindəki planlarda Samux aqroenergetik yaşayış kompleksi kimi maraqlı layihə də var.

Kompleks alternativ və bərpa olunan enreji mənbələri hesabına Günəş, külək, geotermal və bioenerji istehsal edən hibrid stansiyadan, enerji ilə təmin olunmuş kənd təsərrüfatı məhsullarının yığımı, emalı və satışı sahələrindən ibarət olaraq özündə yüksək texnologiyaları və müasir idarəetmə sistemlərini birləşdirir.

Samuxdakı kompleks ölkəmizdə gerçəkləşdirilən 3 pilləli Energetik İnkişaf Modelinin tərkib hissələrindən biridir.

Bu, 50 min nəfər sakini olan tam bir rayonunu yalnız yerli mənbələr hesabına elektroenerji ilə təmin ediləcəyi ilk təcrübə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.