İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək
19 Aprel 2010 13:58
Baxış: 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"AITF" Turizm və Səyahətlər Sərgisi turizm sənayesinin peşəkarları üçün görüş yeri və Azərbaycanda öz biznes sahələrini genişləndirmək arzusunda olan şirkətlər arasında "körpü" rolunu oynamaqla yanaşı, ziyarətçilər üçün yeni turizm marşrutlarının açılması baxımından əla bir imkan sayılır. Sərginin keçirilməsinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi fəal dəstək göstərir. Sözügedən tədbirə həmçinin Dünya Turizm Təşkilatı (UNWTO), Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən rəsmi olaraq dəstək verilir. Bu il ilk dəfə olaraq "AITF 2010" sərgisində Türkiyə Respublikası tərəfdaş ölkə qismində çıxış edəcək.
Ötən il dünyada turizm sənayesində müşahidə olunan azalmaya baxmayaraq, "AITF" sərgisi böyük uğurla keçirildi və sərgi 100-dən çox şirkəti öz meydançasında toplamağa müvəffəq oldu. "AITF 2009" sərgisini dünyanın 24 ölkəsindən, o cümlədən ABŞ, BƏƏ, İtaliya, Yaponiya, Çexiya, Almaniya və digər ölkələrdən gəlmiş 7.000-dən çox insan ziyarət etdi ki, bu da öz növbəsində sərgi üçün rekord göstərici sayılır.
"AITF 2010" sərgisi bu ilin ən parlaq tədbirlərindən biri olacaq. Sərgidə 100-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Bu fakt, eləcə də sərgidə öz iştiraklarını artıq təsdiq etmiş şirkətlərin sayı, sərginin 2009-cu il ilə müqayisədə 15% inkişaf edəcəyini proqnozlaşdırmağa əsas verir. Hər bir turizm sərgisi üçün əsas dəyərlərdən biri sayılan milli stendlər, eləcə də dünyanın 24 ölkəsindən şirkətlər sərginin iştirakçıları olacaqlar. Paralel olaraq keçiriləcək dolğun tədbirlər proqramına seminarlar, təqdimat mərasimləri, mükafat lotereyaları daxil olacaq. Ənənəvi olaraq, Turizm və Səyahətlər Sərgisi "Sərgini ziyarət et - dünyanı kəşf et!" şüarı altında keçirilir və bu şüarı tamamilə məqsədəuyğun hesab etmək olar. Belə ki, sözügedən sərgi ziyarətçilərə imkan yaradacaq ki, onlar respublikamızda gəzib-görmək istədikləri yerlərlə tanış olsunlar. Avropa, Asiya və Afrikanın turizm operatorlarının müxtəlif təklifləri isə "AITF 2010" sərgisini beynəlxalq turizm festivalına çevirəcək.
Böyük Britaniyanın "ITE Group PLC" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkəti sərginin təşkilatçıları qismində çıxış edəcəklər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
Vəfa Şərifova sevgilisi ilə görüntüsünü paylaşdı - (Video)
-
"Yuventus" millimizin futbolçusuna "elçi düşdü"
-
Aparıcı Çinarə qızı üçün aldığı evi nümayiş etdirdi – (Video)
-
Astarada sərnişin mikroavtobusu aşdı - 10-dan çox yaralı var - (Yenilənib)
-
20 hərbçinin həlak olduğu təyyarə qəzasından bir il ötür
-
Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər
-
Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - (Video)
-
Ayın 12-də 14 dərəcə şaxta olacaq - Proqnoz verildi
-
“Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
-
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
-
Səday Alıyev məhkəmədə ittihamı qəbul etmədi
-
Azərbaycanlı aktyor Hollivud filminin ssenarisini dəyişdi - 25 yaşlı gəncin xarici mediaya müsahibəsi - (Foto)
-
Bəzi işçilərin maaşı saatla hesablanacaq - Yeni qayda açıqlandı
-
İrandan Azərbaycana 34 kq narkotik keçirilməsinin qarşısı alınıb
-
Bakıda torpaq almaq istəyənlərin diqqətinə: Qiymətlər yenidən artdı
-
Məsud Pezeşkian da Türkiyədədir
-
Hansı müəllimlərin maaşı artacaq?
-
Şahrux Xan 61-ci doğum gününü belə keçirdi - (Video)
-
44 yaşlı şöbə rəisi qəfil vəfat etdi - (Yenilənib)
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycanda maaşlar artdı
-
Bakıda BMW körpüdən aşdı - (Video)
-
Həyat yoldaşı iynə vurdu, öldü - Lənkəranda faciəvi hadisə