Azərbaycanda yerli kartof sortları niyə azalır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda bəzi fermerlər yerli kartof toxumlarını almağa maraq göstərmir. Ölkəyə gətirilən GMO kartof sortlarının yayılması yerli sortların inkişafına mane olur. Nəticədə Azərbaycanda yerli sort kartofların istehsalı azalır.
Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev Trend-ə açıqlamasında bildirib ki, həmin fermerlər xarici ölkələrdən toxum gətirməyə üstünlük verirlər: "Bizim institut tərəfindən yerli sortlar qorunub saxlanılır, artırılır. Yerli "Telman" sortu var ki, 2018-ci ildən həmin sort artırlır. Hazırda bu sortun toxumunu tapmaq mümkün deyil, çünki digər sortlara nisbətən bu toxumlar bahadır. Amma digər sortlar var ki onlar ucuzdur. "Telman" sortunun artıq laboratoriya şəraitində virussuz toxumlarının yaradılmasına başlanılıb. Çalışırıq ki, bu sortu daha da artıraq. Bu sortun məhsuldarlığı, keyfiyyəti heç də xarici sortlardan geri qalmır. Əksinə onun toxumları xarici sortlardan daha davamlı və uzunömürlüdür. Bu sortun yetişdirilməsi aqrotexniki qaydalara uyğun aparılarsa, hektara 45-50 ton məhsul verir".
E.Allahverdiyev bildirib ki, bəzi fermerlərin ixtisaslaşmamış fəaliyyət göstərməsi həmin toxumların inkişaf etdirilməsinə problem yaradır: "Məsələn, bizim istehsal etdiyimiz elit rekroduksiyalı toxumlar var ki, onlar yerli sortlardır. Biz həmin toxumları fermerlərə veririk, lakin onlardan toxum kimi istifadə olunmur. Fermerlər əldə edilən məhsulu əmtəəlik olaraq bazara çıxarır, gələn ilə toxum saxlamır. Bu prosesdə də avtomatik olaraq toxum zənciri qırılır. Ona görə də bu sahədə problem yaranır".
İnstitut direktoru qeyd edir ki, bu sahədə fermerlər arasında maarifləndirmə güclənməli və yerli sortların inkişafı davam etdirilməlidir: "Məhsuldan toxum kimi istifadə etmək onlar üçün daha sərfəlidir. Lakin onlar GMO kartof sortlarının yayılmasına üstünlük verirlər. Çünki Hollandiyadan və digər ölkələrdən gətirilən bu sort kartof toxumları məhsuldar və əmtəə görünüşlü olur. Amma onlar anlamalıdırlar ki, həmin toxumlar yalnız bir il məhsuldar olur. Növbəti ildə həmin məhsuldan toxum götürmək olmur. Son illər Hollandiya, Rusiya və Almaniyadan xarici sort kartof toxumları gətirilir. Hollandiya və Almaniya sortları olan kartof toxumlarını biz də sınaqdan keçirmişik. Düzdür, birinci il həmin sortlar yüksək məhsuldarlıq verir. Amma ikinci il həmin toxumların məhsuldarlığı nəzərə çarpacaq dərəcədə aşağı düşür. Çünki yerli torpaq, iqlim şəraiti kimi faktorlar ona təsir edir. Bizim fermerlərdə belə bir vərdiş var: bahalı toxumları alıb Azərbaycana gətirib əkirlər, həmin sahəyə lazımi qulluq edir, gübrə verir, vaxtında baxır, amma yerli sortları əkəndə ona maraq göstərmirlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Azərbaycan nefti bahalaşdı
-
AMB rəsmi valyuta məzənnələrini açıqladı
-
"Brent" 72,56 dollara düşdü
-
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
XƏBƏR LENTİ
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Gupse Özay müğənni olur!
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Hadise və Gülşen onu məhkəməyə verir
-
Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır
-
Haluk Leventin qardaşı həbs edildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Hazırda dünyada neçə milyarder var?
-
Serialdan sonra sevgili oldular
-
Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub





