Azərbaycanda viruslara, quraqlığa və xəstəliklərə dayanıqlı toxumların istehsalı başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Toxum Fondunun (DTF) sədri Emin Əliyev Trend-ə müsahibəsində ötən il Azərbaycanda yeni toxumların idxalı və istehsalı sahəsində DTF xətti ilə görülən işlərdən, eləcə də bu il üçün planlardan danışıb.
2019-cu ildə kənd təsərrüfatı sahəsində göstəricilər
"Ötən il kənd təsərrüfatı sahəsində artım təxminən 7 faizə bərabər olub. Əkin balansının əsas hissəsini təşkil edən taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal edilib ki, bu da 2018-ci illə müqayisədə 6,9 faiz çoxdur. Buğda məhsuldarlığı bir hektardan təxminən 32,4 sentner təşkil edib və ötən illə müqayisədə 2 sentner və ya 7,6 faiz artıb. Pambıqçılıqda məhsul artımı 26,4 faiz olub, məhsuldarlıq isə 67,4 faiz çoxalıb. Bundan başqa, günəbaxan istehsalı 43,3 faiz, kartof 11,7 faiz, tərəvəz 12,17 faiz, bostan bitkiləri 11,4 faiz, meyvə və tərəvəz istehsalı 8,8 faiz artıb. Heyvandarlıqda artıma gəldikdə isə, diri çəkidə ət istehsalı 3 faiz, süd 2,4 faiz, yumurta 9 faiz, yun 1,6 faiz, barama istehsalı 25,3 faiz artıb. Bitkiçilikdə də 10 faizdən çox artım qeydə alınıb".
Şəki və Xaçmazda toxum materiallarının emal həcmləri
"Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu (DTF) idxalla yanaşı, 2019-cu ildə Xaçmaz və Şəkidə toxum emalı zavodlarının işə salınması ilə daxili istehsalın artırılması üzrə işləri fəallaşdırıb. Bu günədək Xaçmaz və Şəkidəki zavodlar beş min tonadək toxum materialı emal edib. Müəssisələr Türkiyənin "Akyürek" şirkətinin istehsalı olan ən müasir avadanlıqlarla təchiz edilib və saatda 5 min ton toxum emal etmək gücündədir. Bundan başqa, zavodlarda quraşdırılan və 1500 ton həcmi olan bunkerlər tədarük edilən və emal olunan toxumun təhlükəsiz saxlanmasına xidmət edir. Toxum fondu Kənd Təsərrüfatı Nazirliyinin orqanı qismində daxili bazarda bu və ya digər kənd təsərrüfatı məhsuluna tələbatın tədqiq olunması üçün Aqrar İnkişaf Mərkəzi ilə işini intensivləşdirir, toxum materialının istehsalının və ölkə xaricinə ixracın təşkili üçün yüksək rentabelli məhsulun istehsalına yönəlir".
Yeni növ toxumların idxalı haqqında
"Ötən il Dövlət Toxum Fondunun xətti ilə Azərbaycana Rusiyadan iki buğda sortunun toxumları gətirilib. Bu, 140 ton həcmində "Qrom" sortu və 200 ton həcmində "Tanya" sortudur. Hesabat dövründə bu sortlar bir hektardan 55 sentner həcmində yüksək məhsuldarlığı təmin edib. Hazırda Fondun əməkdaşları fermerlərlə əlaqə yaradaraq ölkənin demək olar ki, bütün regionlarında 2020-ci il üçün bazar təhlili həyata keçirir. Sorğuların nəticələrinə əsasən bu və ya digər toxum növlərinə tələbat müəyyənləşdirilir. Bu il dənli bitki toxumlarının çeşidlərini genişləndirmək, yeni növ paxlalı bitkilərin, o cümlədən noxud, lobya, soya toxumlarının,eləcə də kartof, badımcan və digər toxumların gətirilməsi ilə məşğul olmaq planlaşdırılır. Ötən il Dövlət Toxum Fondunun xətti ilə Rusiyadan Azərbaycana "Udaça" sortlu kartof toxumları gətirilib. Kartof toxumlarının idxal həcmi təxminən 39 ton təşkil edib. Qısa müddət ərzində toxumlar fermerlər tərəfindən satın alınıb. Bu sortun məhsuldarlığı bir hektardan 32 ton təşkil edib ki, bu da kifayət qədər yaxşı nəticə sayılır. Demək olar ki, bu toxumun reproduktivliyi və iqtisadi məqsədəuyğunluğu ilə bağlı mütəxəssislərin proqnozları özünü doğruldub. Hazırda Azərbaycan kartof toxumlarının 98 faizdən çoxunu idxal edir. Kartofun strateji ərzaq məhsullarından biri olmasına baxmayaraq ölkədə kartof toxumlarının 1,7 faizdən bir qədər çoxu istehsal olunur. Bu kartof toxumu sortu 2017-ci ildə Dövlət reyestrinə daxil edilib, 2018-ci ildə isə reyestrə "Rozara" və "Vineta" sortları əlavə edilib".
"TOXUMART" mağazalar şəbəkəsi genişlənir
"Dövlət Toxum Fondu "TOXUMART" brendi altında bir neçə mağazaya sahibdir. Analoji mağazaların bu il də açılması planlaşdırılır. Hazırda bu mağazalar Xaçmaz, Zaqatala və Cəlilabad rayonlarında fəaliyyət göstərir. 2020-ci ildə Bərdə, Şəmkir və Sabirabadda daha 3 mağazanın açılması planlaşdırılır. Bu mağazaları yaratmaqda məqsəd toxum satınalınması məsələlərində fermerlərə dəstək göstərməkdir. Bu mağazalarda Dövlət Toxum Fondu tərəfindən idxal olunan buğda, kartof, xaşa toxumları, eləcə də hibrid pomidor, xiyar, qarpız və qarğıdalı toxumları satılır".
Yeni növ toxumların istehsalı barədə
"Hazırda viruslara, quraqlığa və xəstəliklərə daha dayanıqlı toxumların yaradılması üzrə iş aparılır. Söhbət ölkə daxilində sağlam kartof toxumu bazasının yaradılması və müəyyən mənada yerli bazarın idxaldan asılılığının azaldılması üçün "virussuz" kartof toxumlarının istehsalından gedir. Hesablamalarımıza görə, bu cür toxumların istehsalı yaxın zamanlarda başlayacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Azərbaycan nefti bahalaşdı
-
AMB rəsmi valyuta məzənnələrini açıqladı
-
"Brent" 72,56 dollara düşdü
-
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
XƏBƏR LENTİ
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Gupse Özay müğənni olur!
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Hadise və Gülşen onu məhkəməyə verir
-
Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır
-
Haluk Leventin qardaşı həbs edildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Hazırda dünyada neçə milyarder var?
-
Serialdan sonra sevgili oldular
-
Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub





