İqtisadiyyat

Türkiyə Azərbaycana kimyəvi məhsul ixracını artırıb

18 Dekabr 2019 10:01
0 Şərh     Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ilin 11 ayı ərzində Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,63 faiz artaraq 293,831 milyon dollar təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, noyabr ayında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı ötən illə müqayisədə 5,88 faiz artıb və 27,059 milyon dollara bərabər olub.

Ümumilikdə 2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana ixrac 9,13 faiz artaraq 1,429 milyard dollar təşkil edib.

Noyabr ayında Türkiyədən Azərbaycana ixrac 24,76 faiz artıb və 157,499 milyon dollara bərabər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.