İqtisadiyyat

Ariel Koen: "Trans-Xəzər boru kəməri layihəsinin inkişafı üçün Türkmənistan Azərbaycanla işləməlidir"

14 Noyabr 2019 18:24
Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkmənistan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsi texniki olaraq asan icra olunandır.

Milli.Az bildirir ki, bunu Trend-ə Atlantika Şurasının böyük elmi işçisi və "International Market Analysis Ltd"nin təsisçisi Ariel Koen deyib.

O bildirib ki, Türkmənistan qaz yataqlarını ixrac qaz kəmərinə bağlayacaq layihə uzun illər müzakirə olunub:

"Bu layihəni texniki olaraq reallaşdırmaq çox asandır. Bunun üçün sadəcə Xəzərin Türkmənistan və Azərbaycan sektorları arasında 120 kilometrlik boru kəməri çəkmək tələb olunur".

Ekspert bildirib ki, bu, həyat qabiliyyətli layihədir:

"Avropalılar bu məsələdə böyük rol oynamalıdır və daha qətiyyətli və inadkar olmalıdır. Layihənin inkişafı üçün Türkmənistan Azərbaycanla və layihəyə cəlb oluna biləcək beynəlxalq neft-qaz şirkətləri ilə işləməlidir".

Onun sözlərinə görə, layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı və ya Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının vəsaitləri hesabına reallaşdırmaq lazımdır:

"Belə ki, bu, tamamilə reallaşdırıla bilən layihədir. Bu layihə uzun illər əvvəl reallaşdırılmalı idi, amma, yəqin ki, növbəti onillikdə baş tutacaq".

Qeyd edək ki, Trans-Xəzər boru kəməri Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.