İqtisadiyyat

BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var

19 Oktyabr 2019 08:02
Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "BP Azerbaijan" şirkətinin hüquqi məsləhətçisinin köməkçisi Kerolayn Gilbert Bakıda Xəzər Texniki Konfransında deyib.

O bildirib ki, Azərbaycanda külək enerjisinin inkişafı üçün böyük potensial var, Abşeron yarımadasında küləyin sürəti saniyədə 8-9 metrə çatır.

Günəş enerjisinə gəldikdə isə nümayəndə bildirib ki, bu sahədə də ümidverici potensial var. Ölkədə bir sutka ərzində bir kvadrat metrə 4 kilovatt/saat günəş işığı düşür.

O bildirib ki, BP bu sahədə rəqəmsal platformalar hazırlayır və onlardan bəziləri Azərbaycanda da istifadə oluna bilər.

K.Gilbert əlavə edib ki, Paris sazişi çərçivəsində Azərbaycan 2030-cu ilədək parnik qazı tullantılarını 35 faiz azaltmaq niyyətindədir və BP şirkəti ölkədə enerjinin transformasiyası məsələsində dəstək göstərməyə hazırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.