İqtisadiyyat

Avtomobili olanlara şad xəbər - Azərbaycanda YENİLİK

16 Oktyabr 2019 10:14
12 Şərh     Baxış: 12 409

Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.

Milli.Az xəbər verir ki, bu barədə "fed.az"a Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyası idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.

İdarə rəisi bildirib ki, bu yenilik smartfonlarda mümkün olacaq, smartfon sahibləri mobil tətbiq yükləyərək notariusa getmədən etibarnamə verə biləcəklər.

Mobil tətbiqi "App store"dən və ya "Play market" pulsuz yükləmək olar. Tətbiqi yükləyərək qeydiyyatdan keçdikdən sonra vətəndaşın 2007-ci ildən bugünə qədər rəsmiləşdirdiyi bütün notarius sənədləri smartfonda əks olunur.

"Bu mobil tətbiq vasitəsi ilə yaxınlıqda olan notariusu da tapa bilərsiz. Hətta online formada notariusun daxili görüntüsünə 360 dərəcədə baxa bilərsiz.

Ondan başqa rəsmiləşdirmək istədiyiniz əməliyyatın, ödənişi, kimlər iştirak etməlidir, hansı sənədlər tətbiq olunması barədə məlumatlar əldə etmək olacaq" - deyə Ağakərim Səmədzadə bildirib.

Yeni mobil tətbiq oktyabrın sonu, noyabrın əvvəlində işə düşəcək:

"Vətəndaşlar avtomobillə bağlı etibarnaməni heç bir yerə getmədən mobil cihazdan istifadə emtəklə 24 saat ərizndə istədiyi şəxsə verə biləcək.

Dünyada bu sahədə təcrübə çox məhduddur. Demək olar ki, heç yerdə yoxdur, biz birinciyik" - deyə dövlət rəsmisi bildirib.

Milli.Az

 
loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Vadim · 16 Oktyabr 10:1961

    Belə elektron, innovativ, texnoloji yeniliklər təqdirəlayiqdir və tətbiqi Azərbaycan barədə yalnız müsbət fikirlərin səslənməsi ilə nəticələnər.

    Cavab yaz
    • Anonim
      kkk · 16 Oktyabr 10:39120

      etibarname yoxdu hec yerde

      Cavab yaz
  • Anonim
    035 · 16 Oktyabr 10:59130

    Cunki dunyada avtomobile etbarname deyilen anlayis yoxdu ))

    Cavab yaz
  • Anonim
    VƏTƏNDAŞ · 16 Oktyabr 11:00110

    OLMAZMI ETİBARNAMƏ LƏĞV EDİLƏ ---TEXNİKİ BAXIŞ LƏĞV EDİLƏ--- BELƏ BİR ŞEY QONŞU GÜRCÜSTANDA YOXDUR .

    Cavab yaz
  • Anonim
    BOSS · 16 Oktyabr 11:07110

    Chunki, dunyanin hech bir yerinde mashin surmekchun etibarname verilmir...

    Cavab yaz
  • Anonim
    Mamed · 16 Oktyabr 11:41130

    Bizdə ancaq pul qoparmağın asan yollarını tətbiq edirlər.

    Cavab yaz
  • Anonim
    008 · 16 Oktyabr 12:1980

    Biz yene birinciyik)

    Cavab yaz
  • Anonim
    Fikir · 16 Oktyabr 14:2220

    Bizdə avtomobil almaq və onun saxlamaq xərcləri ildə 1 adamdan çox yeyir. Sənədlər filan + keyfiyyətsız ehtiyat hissələri.Əksər ciblərə uyğunsuzdu.

    Cavab yaz
    • Anonim
      Fikir-ə · 16 Oktyabr 14:5030

      Düzdü.Amma 1 adamdan çox yesəydi dərd yari idi. Bogazdan kəsilir hamısı.Sadə təbəqəli insan nə yeyir ki ? Səhər şornan çörək. Günorta yumurta,axşam yumurta.Düz danışaq.Nə utanmaq ?

      Cavab yaz
  • Anonim
    HG · 16 Oktyabr 14:3700

    Dəhşət sevindim !

    Cavab yaz
  • Anonim
    Qarabaq · 16 Oktyabr 14:5410

    Biz birinciyi haa )))

    Cavab yaz
  • Anonim
    Sahib · 16 Oktyabr 23:0800

    Ona görə ki hec bir 99 % dövlətlərdə ehtibar namə yoxdur.Qülünc vəziyət.Milətin cibinə girməyin zəhmətsiz yolu.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.