İqtisadiyyat

DİQQƏT! Gələn həftədən bağlanmış banklarda əmanətlərin qaytarılmasına başlanılır

7 Oktyabr 2019 20:11
1 Şərh     Baxış: 4 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ləğv prosesində olan "Atrabank" ASC", "Royalbank" ASC, "Kredobank" ASC, "Zaminbank" ASC, "Bank of Azerbaijan" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, QSC "Bank Standard" KB, "Yunayted Kredit Bank" ASC, "Texnikabank" ASC, "Dəmirbank" ASC və "Gəncəbank" ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə "Kapitalbank" ASC vasitəsilə oktyabrın 16-dan başlanacaq.

Bu barədə Trend-ə Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

Fiziki şəxslərin kreditor tələbinin ödənilməsi ilə bağlı "Kapitalbank" ASC-nin filial şəbəkəsi və lazım olan sənədlər barədə əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.