Bakı Turizm İnformasiya Mərkəzindən turistlərə təqdim edilən menyularla bağlı AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda restoranlarda xarici turistlərə adi menyudan fərqli - daha yüksək qiymətlərin yazıldığı menyunun təqdim edilməsi halları ilə rastlaşmamışıq.
Milli.Az bildirir ki, bunu Trend-ə Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov deyib.
Direktorun sözlərinə görə, mərkəz tərəfindən lazımi qurumlara belə xoşagəlməz halların aradan qaldırılması üçün müraciətlər göndərilib:
"Biz də rayonlarda xarici turistlərə fərqli qiymətlərin təklif edilməsi barədə eşitmişik. Amma Dövlət Turizm Agentliyi bu gün ölkəyə turist cəlb etməyə hazırlaşır. Turist gəldiyi ölkədə özünə qarşı çox kiçik belə etinasızlıq görərsə, ikinci dəfə həmin ölkəyə dönmür və oraya getməyi də heç kəsə məsləhət bilmir. Biz turistlərin Azərbaycandan razı getməsinə çalışırıq".
R.Bağırov əlavə edib ki, BTİM-ə və turizm şirkətlərinə Bakıya səfər edən turistlər tərəfindən şikayətlər daxil olmayıb: "Bakıda çox yaxşı infrastruktur yaradıldığı üçün onlar hər şeydən rahatlıqla istifadə edirlər. Bu gün Bakıya gələn turist üçün bələdçi lazım deyil. O, xəritəni əlinə alaraq Bakının bütün gəzməli yerlərini ziyarət edir. Turistlər üçün xüsusi proqramlar da hazırlanıb ki, onlar bundan istifadə etməklə hansı yerə necə və hansı qiymətə gedəcəklərini öyrənə bilirlər".
R.Bağırov qeyd edib ki, Bakıya gələn Avropa ölkələrinin vətəndaşları ölkəmizin mədəniyyəti, tarixi ilə maraqlanırlar. Ərəb ölkələrindən gələn turistlər daha çox şopinqə, qastronomiyaya, əyləncəyə, Çindən gələn turistlər isə gəzməyə və təbiətə üstünlük verirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)





