Azərbaycan neft hasilatının azaldılması müddətinin uzadılması ilə bağlı təklifi dəstəkləyib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Vyanada "OPEC plus" Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclasında mövcud kvotalara dəyişiklik edilmədən neft hasilatının azaldılmasına dair "Əməkdaşlıq Bəyannaməsi"nin icra müddətinin daha 9 ay uzadılması təklif edilib.
Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tədbirdə çıxış edən nazir Pərviz Şahbazov bildirib ki, ötən ilin dekabrında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" üzrə öhdəliklərin artıqlaması ilə yerinə yetirilməsi nəticəsində neftin kəskin ucuzlaşmasının qarşısı alındı.
Həm istehsalçı, həm də istehlakçıların maraqlarına cavab verən qiymət həddi formalaşdı: "Lakin may ayının sonundan başlayaraq yenidən neftin ucuzlaşma tendensiyasını müşahidə edirik. Bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 mln.140 min barrel artması ilə bağlı proqnozlara rəğmən bazarda həddindən artıq neft tədarükü var. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft ehtiyatları artmaqda davam edir. Qlobal neft təklifinin növbəti illərdə də tələbatı üstələyəcəyi gözlənilir. Ona görə də, tənzimləmə tədbirlərini davam etdirməklə neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasına ehtiyac var", deyə nazir əlavə edib.
Nazir çıxışında may və iyun aylarında Azərbaycanın gündəlik neft hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəliyini tam yerinə yetirdiyini və razılaşmanın qüvvədə olduğu 6 ay ərzində orta gündəlik neft hasilatının 125% icra edildiyini də qeyd edib.
Energetika naziri iclasda razılaşmanın müddətinin uzadılması təklifinə Azərbaycanın dəstək verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, neft hasilatının azaldılmasının daha 9 ay uzadılması ilə bağlı təklif bu gün OPEC Nazirlər Şurasının 176-cı iclasında da müzakirə ediləcək. Sabah isə OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 6-cı görüşündə qərarın qəbul ediləcəyi gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Dünya bazarında neft ucuzlaşdı
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
XƏBƏR LENTİ
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı





