Azərbaycan Avropanın enerji təhlükəsizliyinə zəmanət verir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqının eneryi təhlükəsizliyinin, iqtisadi stabilliyinin, eləcə də milli təhlükəsizliyinin qorunub saxlanılmasını təmin edən amillərdən birinə çevrilib. Bu, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli münasibətlərinin strateji xarakter daşıdığının və onun dünyada durmadan artan nüfuzunun göstəricisidir.
Bu barədə Milli.Az-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev bildirib.
Millət vəkili qeyd edib ki, getdikcə Avropada Azərbaycan qazına maraq daha da artır: "Azərbaycan Prezidenti cənab İlham Əliyev fevralın 20-də Avropa Komissiyasının Büdcə və insan resursları üzrə komisarı Günter Ottinger ilə görüşüb. Görüşdə Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrasından məmnunluq ifadə olunub. Bu baxımdan layihə üzrə Məşvərət Şurasının toplantılarının əhəmiyyəti vurğulanıb. Cənab Prezident bu layihənin icrasında Avropa ittifaqının fəal iştirakını və rolunu qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib.
Qeyd edim ki, "Cənub Qaz Dəhlizi"nin rəsmi açılış mərasimi 2018-ci ilin may ayında keçirilib. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin formalaşmasına şərait yaradır.
Bu layihə üzrə Məşvərət Şurasının Bakıda keçirilən 5-ci toplantısında Avropa Komissiyasının Büdcə və insan resursları üzrə komisarı Günter Ottinger bildirib ki, layihənin başa çatdırılması 2020-ci ilin yayına nəzərdə tutulub. O qeyd edib ki, Avropada Azərbaycan qazına maraq daha da artır. Serbiya, Macarıstan və San-Marino Məşvərət Şurasına daxil olublar. Bunula Məşvərət Şurasına üzv ölkələrin sayı 17-ə çatıb. Azərbaycan dəfələrlə bəyan edib ki, Cənub Qaz Dəhlizi layihəsi marağı olan bütün ölkələr üçün açıqdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edən məkanın formalaşdırılmasıdır".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI





