İqtisadiyyat

Qalmaqallı tutulmanın təfərrüatı: 7 pasportu varmış

10 Dekabr 2018 13:27
0 Şərh     Baxış: 2 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük texnologiya şirkətlərindən birinin - Çinin Huawei korporasiyasının maliyyə direktoru Men Vançjounun Kanadada saxlanmasının təfərrüatları bəlli olub.

Milli.Az Standard-a istinadən bildirir ki, ABŞ-ın Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, M.Vançjounun 7 pasportu varmış. O, Şonkonqun 3, Çinin isə 4 pasportundan 11 il isifadə edib.

Men Vançjou ad və soyadını dəfələrlə dəyişərək bu pasportları alıb. Halbuki Çində və Honkonqda bir adamın bir neçə pasport gəzdirməsi qəti qadağandır.

Vançjou 2014-2017-ci illərdə Honkonq pasportu ilə ABŞ və Kanadada 33 dəfə olub.

Huawei-in maliyyə direktorunun yeni pasportlar alarkən əvvəlki pasportlarının ləğv edilib-edilmədiyi məlum deyil. ABŞ-ın Ədliyyə Nazirliyi bəyan edib ki, Vanju üçüncü pasportunu alanda ikinci pasportu ləğv olunmayıb.

Saxtakarlıqda, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaqda suçlanan M.Vançjounu 30 ilədək həbs gözləyir.

M.Vançjou bütün ittihamları rədd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.