Səudiyyə Ərəbistanı və OPEK ölkələri ABŞ-la konfliktdən qaçmaq üçün neft hasilatını səssiz şəkildə azaltmaq niyyətindədir, "Vol Strit Jurnal" qəzeti yazır.
Milli.Az Axar.az-a istinadən bildirir ki, bu iddia ilə çıxış edən qəzetin məlumatına görə, OPEK ölkələri 2016-cı ildə formalaşdırılmış göstəricilərə bağlı olduqlarını elan edəcəklər, bu isə neft hasilatının azaldılması anlamına gələcək.
Belə ki, hazırda Səudiyyə Ərəbistanı bu razılaşmada nəzərdə tutulandan 1 milyon barrel çox neft hasil edir.
Milli.Az