İqtisadiyyat

Sitrus bağları ziyanvericilərin hücumuna məruz qalıb - VİDEO

18 Sentyabr 2018 21:13
1 Şərh     Baxış: 1 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astaranın Tüləküvan kəndindəki .sitrus bağları zərərvericilərin hücumuna məruz qalıb

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "Çöpvari", "Çanaqlı" və "Kaliforniya yastıcası" adlandırlan zərərvericilər əsasən narıngi, limon, portağal ağaclarına qənim kəsilib.

Fermerlərin sözlərinə görə, xəstəliyə qarşı görülən tədbirlər heç bir nəticə vermir.

Onlar bildirirlər ki, bu il məhsuldarlıq əvvəlki illərə nisbətən 2-3 dəfə az olacaq. Əldə edilə meyvələr də satışa yaramır.

Zərərvericilərin digər ərazilərdəki bağlara da yayılması təhlükəsi var.

Məsələ ilə bağlı Astara Rayon Bitki Mühafizə İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, bu il yay aylarında havaların quraq keçməsi səbəbindən sitrus ağacları gücdən düşüb. Təsərrüfat sahibləri də zərəvercilərə qarşı dərmanlama işlərini vaxtında və düzgün aparmadıqları üçün ağaclarda "Kaliforniya yastıcası" yayılıb. Fermerlər sonrakı günlərdə güclü dərmanlama aparsalar, zərəverciləri məhv etmək mükün olacaq. İdarənin əməkdaşları da məsələ ilə bağlı bir neçə sitrus təsərüfatlarında olublar və zərərvercilərin məhv edilməsi ilə bağlı fermerlərə tövsiyələr veriblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sitrus bağları ziyanvericilərin hücumuna məruz qalıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.