İqtisadiyyat

Bitkoin bahalaşır

21 Avqust 2018 08:33
1 Şərh     Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bahalaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bitkoin 6,4 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,34% artaraq 6,485 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də bahalaşıb. Belə ki, "Ethereum" 1,67% və ya 300,02 dollaradək, "Ripple" 4,2% (0,342 dollara qədər), "Bitcoin Cash" isə 2,32% (565,47 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 211,41 milyard dollar təşkil edir və bunun 52,7% faizi bitkoinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.