İqtisadiyyat

Özbəkistan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizində iştirak etməkdə maraqlıdır

16 Avqust 2018 14:33
Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizində iştirak etməkdə maraqlıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Özbəkistan baş nazirinin müavini Suhrob Xolmuradov Özbəkistan-Hindistan hökumətlərarası komissiyasının 11-ci iclası zamanı deyib.

O bildirib ki, bu nəqliyyat layihəsi regionun nəqliyyat-tranzit potensialını artıra bilər.

S.Xolmuradov həmçinin vurğulayıb ki, Hindistan Özbəkistan,Türkmənistan, İran və Omanın iştirak etdiyi Aşqabad sazişinə də qoşulub. O əlavə edib ki, bu layihə Hindistanla Özbəkistan və Mərkəzi Asiyanın digər ölkələri ilə ticarət dövriyyəsinin artmasına xidmət edəcək.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan, İran, Azərbaycan, Rusiya və Qazaxıstanı əlaqələndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.